Bu gün UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinə yekun vurulur.
İdmanxeber.az-ın məlumatına görə, “Qarabağ” Cəbəllütariq çempionu “Linkoln”la münasibətlərinə aydınlıq gətirib. Qurban Qurbanovun kollektivi rəqibini Bakı Olimpiya Stadionunda darmadağın edib – 4:0.
Ağdam təmsilçisi ÇL-in II təsnifat mərhələsində Polşa klubu “Rakuv”la qarşılaşacaq.
“Köhlən atlar” ilk matçı iyulun 26-da Polşada keçirəcək.
UEFA Çempionlar Liqası
I təsnifat mərhələsi, cavab oyunu
19 iyul
20:00. “Qarabağ” – “Linkoln” 4:0
Qollar: Abdullah Zubir, 7 (1:0), Bəhlul Mustafazadə, 45+1 (2:0), Redon Cica, 49 (3:0), Yankoviç 62 (4:0)
Baş hakim: Eldorjan Hamiti (Albaniya)
Bakı Olimpiya Stadionu

