“Bizim üçün vacib qələbə idi. Futbolçularım çox əziyyət çəkdilər. Bu komanda məğlub durumda ikən mubarizərən əl çəkmirdi. Bizə çətinlik yaradırdilar”.
İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Linkoln”la cavab oyunundan (4:0) deyib.
O, daha sonra Cica və Benzianın çıxışını dəyərləndirib:
“Redon Cica komandaya tam uyğunlaşmaya başlayıb. Benzianın idman formasını yaxşılaşdırmasına ehtiyacımız var. Onun futbol bacarığına bizim heç bir şübhəmiz yoxdu. Bu futbolçular haqqında ümumən müsbət fikirdəyəm”.
Ağdam klubunun çalışdırıcısı daha sonra ÇL-in II təsnifat mərhələsindəki rəqibləri Polşa “Rakov”u haqqqında da danışıb:
“Rakov” ciddi rəqibdi. Polşa klubları nizam-intizamı ilə fərqlənirlər. Onlar fərqli sistemdə oynayırlar. Stabil bir komandadı. Sabahdan onları daha yaxından analiz etməyə başlayacağıq”.

