05 İyul 2026
Dünya futbolu

“Xorvatiyaya uduzandan sonra beş gün ağladım” – Neymar

Braziliya millisinin hücumçusu Neymar DÇ-2022-dəki zəif çıxışından sonra milli komandadan getməyi düşündüyünü etiraf edib.

İdmanxeber.az-ın məlumatına görə, ulduz futbolçu uğursuzluğun özünə çox pis təsir etdiyini bildirib:

“Dünya çempionatından sonra milli komandaya qayıtmaq istəmirdim. Amma hər şeyi yenidən düşündüm. Dünya çempionatını tərk edəndən sonra beş gün ağladım. Arzunuzun gerçəkləşmədiyini başa düşmək ağrılı idi”.

Braziliya mundialda Xorvatiyaya uduzaraq (1:1, penaltilərdə 2:4) mübarizəni 1/4 finalda dayandırıb.

Argentina final matçında Fransanı məğlub edərək 2022-ci il Dünya Kubokunun qalibi olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43