“Lester”in yarımmüdafiəçisi Harvi Barnes “Nyukasl”a keçməyə yaxındır.
İdmanxeber.az-ın məlumatına görə, tərəflər 25 yaşlı futbolçu üçün 44 milyon avro qarşılığında razılığa gəliblər. Barnes “Lester”in yetirməsidir.
Onun müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub. Portal Transfermarkt oyunçunun dəyərini 35 milyon avro qiymətləndirir.
Barns ötən mövsüm “Lester”in heyətində 40 oyuna çıxıb, 13 qol vurub və 3 məhsuldar ötürmə verib.

