Səudiyyə Ərəbistanın “Əl Əhli” klubu Riyad Mahrezi transfer edib.
İdmanxeber.az-ın məlumatına görə, ərəblər bu keçidə görə “Mançester Siti”yə 30 milyon avro və əlavə olaraq da 5 milyon ödəyəcək.
Əlcəzairli futbolçu ilə 3+1 illik müqavilə imzalanacaq.
Mahrez 2018-ci ildən “şəhərlilər”də çıxış edirdi. O, son mövsümdə 47 oyuna çıxıb və 15 qol vurub.

