04 İyul 2026
Ölkə futbolu

Konfrans Liqası: “Neftçi” və “Sabah”ın oyunlarına hakim təyinatları

“Neftçi” və “Sabah”ın UEFA Konfrans Liqasının II təsnifat mərhələsində avqustun 3-də Bakıda keçirəcəkləri oyunların təyinatları bəlli olub.

İdmanxeber.az-ın məlumatına görə, “ağ-qaralar”ın matçını Macarıstandan olan hakimlər briqadası idarə edəcək. FIFA referisi Balaj Berkeyə həmyerliləri Balaj Buzaş və Balaj Sert laynsman qismində yardımçı olacaqlar. Dördüncü hakim funksiyasını Bentse Çonka yerinə yetirəcək.

Bakının digər klubu “Sabah”ın qarşılaşmasını isə isveçrəli Fedayi San idarə edəcək. Yonas Enri və Yan Kebeli yan xətt hakimləri, Sandro Şerer dördüncü hakim olacaq.

Qeyd edək ki, “Neftçi” bu raundda “Jelezniçar” (Bosniya və Herseqovina) – “Dinamo” (Minsk, Belarus) cütünün (ilk oyun 2:2), “Sabah” isə “Makedoniya” (Şimali Makedoniya) – RFŞ (Latviya) duelinin (ilk oyun – 0:1) güclüsü ilə qarşılaşacaq. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43