“Qarabağ” Çempionlar Liqasının II təsnifat mərhələsində “Rakov” səddini keçsə, III turdakı potensial rəqibləri bilinir.
İdmanxeber.az-ın məlumatına görə, Bunlar “Sparta” (Çexiya), AEK (Yunanıstan), həmçinin aşağıda qeyd edilən cütlüklərin qaliblərindən biri olacaq:
“Luduqorets” (Bolqarıstan) – “Olimpiya” (Sloveniya)
“Şerif” (Moldova) – «Makkabi» (Hayfa, İsrail)
“Aris” (Kipr) – BATE (Belarus)
«Kİ Klaksvik» (Farer adaları) – «Heken» (İsveç).
Xatırladaq ki, Ağdam təmsilçisi Polşa klubu ilə ilk oyununu iyulun 26-da səfərdə keçirəcək.
“Qarabağ”ın Avroliqadakı potensial rəqibləri…
Fərz edək ki, “Qarabağ” Polşa səddini aşa bilmədi. Bu halda təmsilçimiz mübarizəni Avropa Liqasının üçüncü mərhələsindən davam etdirməli olacaq. Burada Azərbaycan çempionu aşağıda qeyd edilən ÇL-in ikinci təsnifat mərhələsinin 9 cütünün məğlublarından biri ilə qarşılaşacaq:
“Dinamo” (Zaqreb, Xorvatiya) – “Astana” (Qazaxıstan)
“Breydablik” (İslandiya) – «Kopenhagen» (Danimarka)
“Jalgiris” (Litva) – “Qalatasaray” (Türkiyə)
“Slovan” (Slovakiya) – “Zrinski” (Bosniya və Herseqovina)
“Molde” (Norveç) – XİK (Finlandiya)
“Ludoqorets” (Bolqarıstan) – “Olimpiya” (Sloveniya)
“Şerif” (Moldova) – «Makkabi» (Hayfa, İsrail)
“Aris” (Kipr) – BATE (Belarus)
“Kİ Klaksvik” (Farer adaları) – “Heken” (İsveç).
Qeyd edək ki, Avropa Liqasının üçüncü təsnifat mərhələsinin püşkatma mərasimi də iyulun 24-də keçiriləcək.

