02 İyul 2026
Ölkə futbolu

“Zirə” Super Liqa klubu ilə heç-heçə etdi

Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan “Zirə” bu gün ilk yoxlama oyununa çıxıb. 

İdmanxeber.az xəbər verir ki, komanda “Fatih Karagümrük”lə qarşılaşıb. “Fenerbahçe Topuk Yaylası”nın meydançasında keçirilən oyun 0:0 hesabı ilə yekunlaşıb.

Xatırladaq ki, “Fatih Karagümrük”lə Türkiyə Super Liqasında mübarizə aparır.

Qeyd edək ki, “Zirə” Türkiyədə daha 2 yoxlama görüşü keçirəcək. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43