“Borussiya” (Dortmund) Marsel Sabitzeri heyətinə qatmaq istəyir.
İdmanxeber.az-ın məlumatına görə, avstriyalı yarımmüdafiəçiyə ili 8 milyon avrodan 3+1 illik müqavilə təklif olunub. Ancaq futbolçunun ilk seçimi yenidən Premyer Liqada oynamaqdır.
“Bavariya” Sabitzer üçün 15 milyon avro tələb edir.
O, 2021-ci ildən “Bavariya”da çıxış edir. Oyunçu bu ilin yanvarında icarə əsasında “Mançester Yunayted”ə keçmişdi.

