02 İyul 2026
Dünya futbolu

“Qarabağ” yeni transferi “Rakov”la oyunda meydanda ola bilər

“Qarabağ” yeni transferi Patrik Andradeni UEFA-ya sifariş edib.

İdmanxeber.az-ın məlumatına görə, Ağdam klubu “Rakov”la keçiriləcək oyunlar üçün yarımmüdafiəçinin adını iştirak ərizəsinə salıb. Baş məşqçi Qurban Qurbanovun şans verəcəyi təqdirdə, oyunçu meydanda olacaq.

Qeyd edək ki, “Qarabağ”la “Rakov” arasında ilk oyun iyulun 26-da Çenstoxovada, cavab görüşü isə avqustun 2-də Bakıda keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43