“Neftçi”nin yeni prezidenti Fərrux Mahmudov əsas komandanın üzvləri ilə görüşüb.
İdmanxeber.az-ın məlumata görə, klub rəhbəri Bakı Olimpiya Stadionunda keçirilən məşqdən öncə baş məşqçi Adrian Mutu ilə söhbət edib.
Funksioner rumıniyalı mütəxəssislə komandanın hazırkı vəziyyəti barədə fikir mübadiləsi aparıb.
F.Mahmudov “ağ-qaralar”a qarşıdan gələn rəsmi oyunlarda uğurlar arzulayıb.

