29 İyun 2026
Ölkə futbolu

Konfrans Liqası oyunu öncəsi “Sabah”da SON DURUM

“Sabah” bu gün Konfrans Liqasının II təsnifat mərhələsində Latviyanın RFŞ komandası ilə üz-üzə gələcək. Oyun öncəsi paytaxt təmsilçisində son durumu öyrənmək üçün klubun mətbuat xidmətinin rəhbəri Elnur Həmidovla əlaqə saxladıq.

O, idmanxeber.az saytına bildirdi ki, yalnız bir futbolçu axşamkı oyunda komandaya kömək edə bilməyəcək. Kristian Sebalyos zədə səbəbindən RFŞ-a qarşı oyunu buraxmalı olacaq.

Həmidov Latviyadakı görüşdə “Sabah”ın dəstəksiz qalmayacağını da bildirib. Klub rəsmisi axşamkı matçda 100-ə yaxın azarkeşin təmsilçimizi qələbəyə səsləyəcəyini vurğulayıb:

“Bizə müraciət edənlər olub. İndiyə olan məlumata görə, Latviya və ətraf ölkələrdən  100-ə yaxın həmyerlimiz bu gün stadionda olacaq. Müraciətlər davam edir. Ola bilsin ki, oyun saatına qədər bu say biraz daha artsın”.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43