“Bavariya”nın təmsilçiləri və “Tottenhem”in prezidenti Daniel Levi bu gün Harri Keyn transferinin müzakirə etmək üçün görüşəcəklər.
İdmanxeber.az-ın məlumatına görə, Almaniya klubunun təklifinin 80 milyon avro və bonuslar şəklində olacağı gözlənilir. Oyunçunun “Bavariya”ya transferi baş tutmasa, Keyn üçün tək ehtimal PSJ olacaq.
Transfermarkt saytına görə ingilis hücumçunun dəyəri 90 milyon avrodu.

