“Beşiktaş” Ante Rebiç və “Milan”la bütün məsələlərdə razılaşıb.
İdmanxeber.az-ın məlumatına görə, “qara-qartal” bu transfer üçün İtaliya klubuna 500.000 avro ödəyəcək, oyunçuya isə ilinə 2.5 milyon avrodan 3 illik müqavilə təklif edilib.
Xorvatiyalı futbolçunun bazar günü İstanbulda olacağı gözlənilir.
Rebiç 2019-cu ildən çıxış etdiyi “Milan”da 123 oyuna çıxıb və 29 qol vurub.

