“Fulhem” Kallum Hadson-Odoi transferini bitirməyə yaxındır.
İdmanxeber.az-ın məlumatına görə, London klubu bu transferi bitirmək üçün “Çelsi”yə 4 milyon avro təklif edib. “Mavilər” isə 8 milyon tələb edir. Tərəflər arasında razılıq uzaq görünmür.
Hadson-Odoi ötən mövsümü icarə əsasında keçirdiyi “Bayer”də (Leverkusen) 21 oyuna çıxıb və 1 qol vurub.

