24 İyun 2026
Dünya futbolu

“İbrahimoviçə Ronaldodan güclü olduğunu dedim” – “Neftçi”nin baş məşqçisi

“Neftçi”nin baş məşqçisi Adrian Mutu “Sport-Ekspress” nəşrinə müsahibə verib.

İdmanxeber.az-ın məlumatına görə, rumıniyalı mütəxəssis sabiq komanda yoldaşı Zlatan İbrahimoviçlə bağlı bir xatirəsini bölüşüb:

“Bir dəfə İbrahimoviç kabus gördü və oyanan kimi mənə sual verdi ki, Ronaldo güclüdür, yoxsa mən. Düzü, həmin vaxt çox yuxum gəlirdi, yatmaq istəyirdim. Buna görə İbranı təriflədim. Onların hər ikisi əla hücumçu idi və fərqli oyun üslubunda çıxış edirdi. Həm İbrahimoviç, həm də Ronaldo zəngin karyeraya malikdir. Zlatanla “Yuventus”dan bəri dostuq, indi də bir-birimizlə əlaqə saxlayırıq”.

Qeyd edək ki, Adrian Mutu futbolçu karyerasını 2016-cı ildə, Zlatan İbrahimoviç isə ötən ay başa vurub. 2018-ci ildən məşqçiliklə məşğul olan rumıniyalı bir neçə gün əvvəl “Neftçi”nin sükanı arxasına keçib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43