24 İyun 2026
Dünya futbolu

Premyer Liqa nəhəngi Kaysedonu ala bilmir

“Brayton” Moyses Kaysedo üçün “Çelsi”nin növbəti təklifini də rədd edib.

İdmanxeber.az-ın məlumatına görə, İngiltərə klubu “mavilər”in 80 milyon funt sterlinqlik təklifini qəbul etməyib. Tərəflər arasında danışıqlar davam edəcək.

Kaysedo 2021-ci ilin fevralında “Brayton”a qoşulub. O, bu müddətdə 53 oyuna çıxıb və 2 qol vurub.

Transfermarkt saytına görə, ekvadorlu futbolçunun dəyəri 75 milyon avro təşkil edir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43