“Çelsi” Robert Sançeslə 2030-cü ilə qədər müqavilə imzalandığını açıqlayıb.
İdmanxeber.az-ın məlumatına görə, London klubu ispan qapıçı üçün “Brayton”a 20 milyon funt-sterlinq və əlavə olaraq 5 milyon bonus da ödəyəcək.
Sançes “Brayton”nun heyətində Premyer Liqada 87 oyuna 99 qol buraxıb. O, 27 oyunda isə qapısını toxunulmaz saxlaya bilib.