HİK-in baş məşqçisi Toni Konkeakunnasın “Qarabağ” oyunu öncəsi mətbuat konfransı və komandanın görüşdən qabaq keçirəcəyi son məşqi ləğv edilib.
İdmanxeber.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat paylaşıb. Bildirilir ki, Helsinki təmsilçisinin Bakıya gəliş saatı dəyişdirilib. Komanda paytaxtımıza gecə saatlarında təşrif buyuracaq.
Bu səbəbdən də öncədən nəzərdə tutulmuş planda dəyişiklik olub.
Avqustun 10-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – HİK matçı saat 20:00-da start götürəcək.