Ötən mövsüm Azərbaycanda çıxış etmiş Matiya Lyuyiç “Sabah” – “Partizan” görüşü barədə danışıb.
İdmanxeber.az saytına qarşılaşma ilə bağlı qısa açıqlama verən serbiyalı futbolçu komandaların şanslarının eyni olduğunu bildirib:
“Çətin oyun olacaq. Bakıdakı ilk görüşdən çox şey asılıdır. Mövsümün başlanğıcı olduğu üçün iki komandanın durumu barədə danışmaq asan deyil. Hər şey ola bilər. Komandalar cəmi bir-iki oyun keçirib. İlk görüşdən sonra vəziyyətin necə olacağını deyə bilərik”.
Lyuyiç ötən mövsüm icarə əsasında “Səbail”də çıxış edib.
“Sabah” – “Partizan” matçı avqutsun 10-da, saat 20:00-da başlayacaq.
Həsən Quluzadə