02 İyul 2026
Dünya futbolu

Serbiyalı hücumçu da Səudiyyə Ərəbistanına gedir

İngiltərənin “Fulhem” klubunun hücumçusu Aleksandr Mitroviç karyerasını “Əl-Hilal”da davam etdirə bilər.

İdmanxeber.az-ın məlumatına görə, Səudiyyə klubu 28 yaşlı serb üçün 55 milyon avro təklif etməyə hazırdır. Futbolçunun özü də keçidin əleyhinə deyil.

Mitroviç 2018-ci ildən “Fulhem”də çıxış edir. 2022/23 mövsümündə o, Premyer Liqada 24 oyuna çıxıb, 14 qol vurub və 2 məhsuldar ötürmə edib.

Portal Transfermarkt oyunçunun dəyərini 28 milyon avro qiymətləndirir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43