04 İyul 2026
Ölkə futbolu

“Neftçi” yaxşı top saxlayan, texnikalı komandadır” – Şenol Günəş

Türkiyənin “Beşiktaş” klubunun baş məşqçisi Şenol Günəş “Neftçi”yə qarşı keçiriləcək UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunu ərəfəsində mətbuat konfransı keçirib.

İdmanxeber.az-ın məlumatına görə, 71 yaşlı mütəxəssis Bakıdakı ilk görüşdə 3:1 hesablı qələbə qazanmalarına baxmayaraq, Azərbaycan təmsilçisi ilə ikinci duelə ciddi hazırlaşdıqlarını bildirib:

“Neftçi” yaxşı top saxlayan, texnikalı komandadır. Mövsümə yeni başlamışıq. Üç gündən bir oyun keçiririk. Əlimizdəki heyətdən maksimum yararlanmağa çalışırıq. Hər hansı bir problemimiz yoxdur, fiziki cəhətdən hər şey qaydasında görünür. “Neftçi” ilə sabahkı oyuna 3:1 hesablı üstünlüklə başlayacağıq. Amma meydana çıxmadan qələbə qazanmaq olmur. Öz oyunumuzu sərgiləyib, mərhələni adlamaq istəyirik. Ümid edirəm ki, sabah maraqlı mübarizə olar”.

Qeyd edək ki, avqustun 17-də keçiriləcək “Beşiktaş” – “Neftçi” görüşü Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43