Səudiyyə Ərəbistanından olan bir klub Çempionlar Liqasında çıxış edə bilər.
İdmanxeber.az “Corriere dello Sport”a istinadən xəbər verir ki, sözügedən ölkənin futbol federasiyası hazırda bununla bağlı UEFA ilə danışıq aparır.
Onlar 2024-25 mövsümündə Səudiyyə Ərəbistanından bir komandanın ÇL-də iştirak etməsini istəyirlər.
Danışıqların hansı nəticə ilə bitəcəyi bəlli deyil.

