UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək “Beşiktaş” – “Neftçi” matçının başlama saatının dəyişdirildiyi iddia edilib.
İdmanxeber.az-a verilən məlumata görə, görüşün start vaxtı dəyişdirilməyib. Sadəcə sistemdə səhvlik olduğu üçün 21:00 göstərilib. Əslində isə qarşılaşma əvvəlcədən də saat 22:00-a təyin edilib və həmin vaxtda da başlayacaq.
Qeyd edək ki, “Neftçi Arena”dakı ilk matçda Azərbaycan təmsilçisi 1:3 hesabı ilə məğlub olub.

