05 İyul 2026
Ölkə futbolu

“Səfərdə qol imkanlarından istifadə edə bilmədik” – HİK-in oyunçusu

Finlandiyanın HİK komandasının futbolçusu Lukas Linqman evdə “Qarabağ”a qarşı keçirəcəkləri UEFA Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyunundan öncə mətbuat konfransı keçirib.

İdmanxeber.az-ın məlumatına görə, 25 yaşlı yarımmüdafiəçi bildirib ki, Azərbaycan çempionu təcrübəli baş məşqçisi olan yaxşı komandadır:

“Qarabağ” bizə bir neçə il əvvəlki “Neftçi”ni xatırlatdı. Səfər oyununda qol imkanlarımız olsa da, hamısından istifadə edə bilmədik. İnanıram ki, mütəşəkkil oyunumuzla rəqibin müdafiəsini yara bilərik. Həmçinin, özümüz də arxa xətdə diqqətli olmalıyıq ki, “Qarabağ”ın hücumçuları fərqlənə bilməsinlər”.

Qeyd edək ki, bu gün keçiriləcək HİK – “Qarabağ” görüşü Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. İlk matçda Ağdam təmsilçisi 2:1 hesablı qələbə qazanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43