05 İyul 2026
Dünya futbolu

“İnter” yeni hücumçusunu açıqladı

“İnter” “Bolonya”nın hücumçusu Marko Arnautoviçi icarəyə götürdüyü açıqlayıb.

İdmanxeber.az xəbər verir ki, müqavilənin şərtləri barədə məlumat verilməyib. Milan klubu 34 yaşlı futbolçu ilə sözləşməsinə satınalma bəndi də əlavə edib.

Forvard 13 ildən sonra “İnter”ə qayıdıb. Arnautoviç 2009/10 mövsümündə icarə əsasında “neradzurri”də çıxış edib. 

Hücumçu ötən mövsüm bütün turnirlərdə 23 oyuna çıxıb, 10 qol vurub və 1 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43