05 İyul 2026
Dünya futbolu

Pikedən “Yuventus” etirafı: “Bu, ürəyin səsi idi”

“Mançester Yunayted”in və “Barselona”nın keçmiş futbolçusu Jerar Pike 21 yaşında “Yuventus”a keçə biləcəyini etiraf edib.

İdmanxeber.az-ın məlumatına görə, ispaniyalı futbolçu Turin klubunun onu istədiyini bildirib:

“21 yaşım var idi, “Yuventus” məni transfer etmək istəyirdi. Amma mən “Barselona”nı seçdim. Bu, ürəyin səsi idi. Təəssüf ki, mən heç vaxt A seriyasında oynamamışam, bu fikir məni heyran etmişdi. Çünki italyanlar ispanlara bənzəyir, xüsusən də futbola olan həvəsləri”.

36 yaşlı ispaniyalı karyerasını 2023-cü il yanvarın 1-də “Barselona”da başa vurub. Müdafiəçi 53 qol vurub və 15 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43