05 İyul 2026
Ölkə futbolu

“Qəbələ”nin futbolçusu iki oyunluq cəzalandı

AFFA İntizam Komitəsi “Qəbələ”nin futbolçusu Ülvi İsgəndərovu iki oyunluq cəzalandırıb.

İdmanxeber.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, buna hücumçunun Azərbaycan Premyer Liqasının II turunda “Araz-Naxçıvan”la matçda təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alması səbəb olub.

“Qırmızı-qaralar” isə 2000 manat cərimələnib.

Qeyd edək ki, “Qəbələ” həmin qarşılaşmada 0:2 hesabı ilə uduzub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43