“Bilirdik ki, çətin oyun olacaq. “Sumqayıt” ilk turda qalib gəlmişdi. Birinci hissə meydanda istədiyim komanda deyildi. İki top geriyə düşəndən sonra isə “Qəbələ”ni görə bildim. 3 oyundur məğlub oluruq. Hər şey qaydasındadır desək, doğru olmaz”.
İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev “Sumqayıt” oyunu sonrası deyib. O, daha sonra belə davam edib:
“Fasilədə heç nə qeyri-adi tapşırıq vermədim. Oyunçulardan aqressivlik istədim. İlk hissədə bu yox idi. İkinci yarı isə hücum futbolu oynaya bildik. Bu gün məğlub olmaya da bilərdik. Şans “Sumqayıt”ın tərəfində oldu.
Rəşad zədəsini bərpa edir. Qarşıdakı turlarda onu qapıda görə bilərik. Sənan Ağalarovun oynamasını deyirsiniz, sırf sizin istəyinizlə ona şans verməyəcəm. Sənan özü formanı qazanmalıdır. Çempionat başlamışdan əvvəl heç kim “Qəbələ”dən belə başlanğıc gözləmirdi. Bu vəziyyətdən çıxmalıyıq. Komandanı mən formalaşdırmışam, onlara da inanıram. Yenə də güclənməyə ehtiyacımız var”.

