“Kəpəz” klubu heyətini daha bir futbolçu ilə gücləndirib.
İdmanxeber az-a verilən məlumata görə, “sarı-göylər” “Turan Tovuz”dan ayrılan Vüsal Məsimovla anlaşıb. 23 yaşlı müdafiəçi ilə yaxın zamanda rəsmi müqavilə bağlanacaq.
Məsimov 2021-22 mövsümündə Gəncə təmsilçisində çıxış edib. O, buradan ayrılaraq “Turan Tovuz”a transfer olunmuşdu.

