11 İyul 2026
Ölkə futbolu

“Qarabağ”a baxanda çox yaxşı komanda görürəm” – “Omoniya”nın baş məşqçisi

Sloveniyanın “Olimpiya” klubunun baş məşqçisi Joao Enrike “Qarabağ”a qarşı keçiriləcək UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyunu ilə bağlı danışıb.

İdmanxeber.az-ın məlumatına görə, portuqaliyalı mütəxəssis sıx qrafikdə çıxış etdikləri üçün futbolçularda yorğunluq olduğunu etiraf edib:

“Qarabağ” favoritdir, büdcə baxımından onlarla müqayisə oluna bilmərik. Avropa Liqasında qrupa vəsiqənin son mərhələsində olmağımızdan məmnunuq. Futbolçular həyəcanlı və yeni çağırışa hazırdırlar. Artıq avrokuboklara öyrəşmişik, əvvəlki görüşlərlə müqayisədə daha yaxşı hazırlaşırıq. Xeyrimizə olmayan yeganə məqam yorğunluq və ardıcıl çox oyun keçirməyimizdir. Amma bu, daxili çempionatda və Avropa arenasında çıxış edən komandanın keçməli olduğu yoldur. Son çempionat görüşündən bəri daha yaxşı vəziyyətdəyik. Demək olar ki, bütün kollektiv hazırdır. Futbolçular “Qalatasaray”a qarşı matçdakından daha yaxşıdırlar”.

50 yaşlı məşqçi “Qarabağ” barədə müsbət fikirlər səsləndisə də, turnirdə yollarına davam etmək şanslarının az olmadığını düşünür: “Qarabağ”a baxanda çox yaxşı komanda görürəm. Onlar həm kollektiv, həm də fərdi şəkildə güclüdürlər. Lakin “Qalatasaray”a qarşı matçla müqayisədə şanslarımız artıb. Üstəlik, evdə çıxış edəcəyik. Əlbəttə, avrokubokların qrup mərhələlərində oynamaq təcrübəsinə malik komanda ilə qarşılaşacağıq. Ancaq qrupa vəsiqə qazanmaq şansımız “Qalatasaray” ilə dueldə olduğundan çoxdur”.

Joao Enrike Azərbaycan çempionunun futbolçularını yaxşı tanıdığını vurğulayıb: “Məncə, “Qarabağ” keyfiyyət baxımından “Ludoqorets”lə “Qalatasaray”ın arasındadır. Kollektiv şəkildə “Ludoqorets”dən güclüdürlər, lakin fərdi olaraq təxminən eyni səviyyədədirlər. Bəzi futbolçularını vaxtilə Portuqaliyada oynadıqları üçün tanıyıram. Düşünürəm ki, bizə çox təzyiq göstərəcəklər. Bu, güclü tərəflərindən biridir. “Qarabağ”ın müdafiə xətti də yüksək səviyyədə qurulub”.

Qeyd edək ki, avqustun 24-də “Stojitse” stadionunda keçiriləcək “Olimpiya” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43