Misli Premyer Liqasının IV turunda “Qarabağ”la qarşılaşacaq “Kəpəz”də bəzi futbolçuların zədəli olması klubun məşqçilər korpusunun narahatlığına səbəb olub.
İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, Gəncə təmsilçisinin heyətində Mate Kvirkiviya zədəlidi. Gürcüstanlı futbolçu “Turan Tovuz”la oyunda ayağından zədə alıb və onun “Qarabağ”la matçda meydana çıxması gözlənilmir.
Qərb klubunun aparıcı üzvülərindən olan Abdulla Şuaybu da komandayla birgə məşqlərdə iştirak etmir. Lakin nigeriyalı futbolçunun “Qarabağ”la oyuna kimi tam hazır olacağı bildirilir.
Digər zədəli futbolçu Vurğun Hüseynovun bu matçı da buraxacağı dəqiqdi.
Qeyd edək ki, “Qarabağ” – “Kəpəz” matçı avqustun 28-də, saat 20:45-də başlayacaq.

