UEFA Çempionlar Liqası pley-off mərhələsinin ilk oyunlarına yekun vurulub.
İdmanxeber.az-ın məlumatına görə, Türkiyəni turnirdəki yeganə təmsilçisi “Qalatasaray” səfərdə Norveçin “Molde” komandası ilə üz-üzə gəlib. Görüş İstanbul klubunun qələbəsi ilə başa çatıb – 3:2. “Sarı-qırmızılar”ın qollarını Serxio Oliviera, Mauro İkardi və Midşö vurub.
Tərəflər arasındakı cavab oyunu avqustun 29-da keçiriləcək.

