“Fənərbağça” millimizin futbolçusu Mahir Emrelinin komanda yoldaşı Dominik Livakoviçi transfer edib.
İdmanxeber.az-ın məlumatına görə, 28 yaşlı qapıçının keçidi üçün Zaqreb “Dinamo”su ilə hərtərəfli razılıq əldə olunub. Xorvatiya millisinin üzvü bu gün İstanbula yollanaraq, yeni komandasında tibbi müayinədən keçəcək və münasibətləri rəsmiləşdirəcək.
Qeyd edək ki, Dominik Livakoviç 2015-ci ildən “Dinamo”nun formasını geyinir.

