UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək “Olimpiya” – “Qarabağ” görüşünün favoriti açıqlanıb.
İdmanxeber.az-ın məlumatına görə, bukmeker konturları oyun öncəsi Ağdam təmsilçisini daha şanslı görüblər. Belə ki, “Qarabağ”ın Sloveniyadakı səfər görüşündə qələbəsinə 2,28 əmsal təyin edilibsə, “Olimpiya”nın qalibiyyətinə 2,44 verilib.
Qarşlaşmanın heç-heçə bitmə ehtimalı isə 2,84 olaraq dəyərləndirilib.
“Olimpiya” – “Qarabağ” matçı bu axşam saat 22:00-da start götürəcək.

