12 İyul 2026
Dünya futbolu

Çempionlar Liqası: “Qalatasaray” “Molde”ni məğlub etdi – VİDEO

UEFA Çempionlar Liqası pley-off mərhələsinin ilk oyunlarına yekun vurulub.

İdmanxeber.az-ın məlumatına görə, Türkiyəni turnirdəki yeganə təmsilçisi “Qalatasaray” səfərdə Norveçin “Molde” komandası ilə üz-üzə gəlib. Görüş İstanbul klubunun qələbəsi ilə başa çatıb – 3:2. “Sarı-qırmızılar”ın qollarını Serxio Oliviera, Mauro İkardi və Midşö vurub. 

Tərəflər arasındakı cavab oyunu avqustun 29-da keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43