12 İyul 2026
Ölkə futbolu

AVRO-2024: Millimizin oyunlarının başlama vaxtı müəyyənləşdi

Millimizin AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində noyabrın 16-da İsveç və 19-da Belçika komandalarına qarşı keçirəcəyi oyunların stadionu və başlama vaxtı müəyyənləşib.

İdmanxeber.az xəbər verir ki, İsveçlə qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

İtaliyalı mütəxəssis Canni De Byazinin rəhbərlik etdiyi təmsilçimiz Belçika yığması ilə “King Baudouin Stadium”da münasibətləri aydınlaşdıracaq.

Qeyd edək ki, hər iki matç Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43