14 İyul 2026
Ölkə futbolu

Gəlişi ilə bölgə klubunun ən ödənişli futbolçusu oldu

“Kəpəz”in Portuqaliyanın “Eştrella” klubundan heyətinə qatdığı Latir Fal komandanın iki ən ödənişli futbolçusundan birinə çevrilib.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, seneqallı futbolçu Gəncə klubunda ayına 6 min dollar qazanacaq. Bununlada yarımmüdafiəçi komandanın digər üzvü Yeqor Xvalko ilə birlikdə qərb təmsilçisinin iki ən ödənşli futbolçusundan biri olub. Ukraynalı müdafiəçi də aşağı-yuxarı bu məbləğə razılaşaraq müqaviləyə imza atmışdı.

Qeyd edək ki, “Kəpəz” Latir Falla 1+1 illik müqavilə imzalayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43