Azərbayca millisinin sabiq futbolçusu Şəhriyar Rəhimov vəfat edib
İdmanxeber.az-a bu barədə oyunçunun son klubu olan “Səbail”dən məlumat verilib. Uzun müddətdir xəstəlikdən əziyyət çəkən Rəhimov Türkiyədə müalicə alsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Mərhum futbolçu karyerası ərzində “Rəvan”, AZAL, “Karvan”, “Səbail”, “Zirə”də çıxış edib. O, millidə 9 oyunda forma geyinmişdi.

