Misli Premyer Liqasında 4-cü turun oyunları davam edir.
İdmanxeber.az xəbər verir ki, “Turan Tovuz” “Səbail”i qəbul edib. Matç qonaqların qələbəsi ilə sona çatıb – 3:1. Bu qalibiyyətlə xallarının sayını 4-ə çatdıran “Səbail” altıncı, 6 xallı Tovuz təmsilçisi isə 4-cü pillədə qərarlaşıb.
Lider “Zirə” isə evdə “Sabah”a qarşılaşıb. Matç ev sahibi komandanın qələbəsi ilə. başa çatıb – 1:0. 4 oyundan maksimum xal toplayan “qartallar” turunir cədvəlində birincidir. Bir oyunu əskik “Sabah” isə 4 xalla beşinci sırada qərarlaşıb.
Qeyd edək ki, turun qalan 2 matçı sabah keçiriləcək.
26 avqust (şənbə)
17:00. “Turan Tovuz” – “Səbail” 1:3
Qollar: Aleksandr Ramalinqom, 5 (0:1), Yusif Nəbiyev, 62 (0:2), Roderik Miller, 84 (1:2), Ağabala Ramazanov, 90 (1:3)
Hakimlər: Tural Qurbanov, Akif Əmirəli, Cəmil Quliyev, Nicat İsmayıllı
Tovuz şəhər stadionu
19:30. “Zirə” – “Sabah” 1:0
Qol: Kulaç, 3
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Kamran Bayramov, Fərid Hacıyev
Zirə İdman Kompleksinin stadionu

