Misli Premyer Liqasının 4-cü turunda sabah “Qarabağ”la qarşılaşacaq “Kəpəz” Bakıya ciddi itkilərlə yollanıb.
Klubun mətbuat xidmətindən İdmanxeber.az-a bildirilib ki, Vurğun Hüseynov, Abdullahi Şuaybu, Ehtiram Şahverdiyev və Mate Kvirkviya zədəyə görə oyunu buraxacaq. Mahir Həsənovun vəziyyətinə isə oyun günü aydınlıq gələcək.
Cəza dövrü bitməyən Elmir Tağıyev də görüşdə iştirak edə bilməyəcək.

