15 İyul 2026
Ölkə futbolu

“Turan Tovuz” uduzdu, “Zirə” qalib gəldi – YENİLƏNİB

Misli Premyer Liqasında 4-cü turun oyunları davam edir.

İdmanxeber.az xəbər verir ki, “Turan Tovuz” “Səbail”i qəbul edib. Matç qonaqların qələbəsi ilə sona çatıb – 3:1. Bu qalibiyyətlə xallarının sayını 4-ə çatdıran “Səbail” altıncı, 6 xallı Tovuz təmsilçisi isə 4-cü pillədə qərarlaşıb.

Lider “Zirə” isə evdə “Sabah”a  qarşılaşıb. Matç ev sahibi komandanın qələbəsi ilə. başa çatıb – 1:0. 4 oyundan maksimum xal toplayan “qartallar” turunir cədvəlində birincidir. Bir oyunu əskik “Sabah” isə 4 xalla beşinci sırada qərarlaşıb.

Qeyd edək ki, turun qalan 2 matçı sabah keçiriləcək.

26 avqust (şənbə)

17:00. “Turan Tovuz” – “Səbail” 1:3

Qollar: Aleksandr Ramalinqom, 5 (0:1), Yusif Nəbiyev, 62 (0:2), Roderik Miller, 84 (1:2), Ağabala Ramazanov, 90 (1:3)
Hakimlər:
 Tural Qurbanov, Akif Əmirəli, Cəmil Quliyev, Nicat İsmayıllı

Tovuz şəhər stadionu

19:30. “Zirə” – “Sabah” 1:0
Qol: Kulaç, 3

Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Kamran Bayramov, Fərid Hacıyev
Zirə İdman Kompleksinin stadionu


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43