15 İyul 2026
Ölkə futbolu

Zirədə gərginlik: Klub rəsmisi müdaxilə etdi və…

Misli Premyer Liqasının 4-cü turunun hazırda davam edən “Zirə” – “Sabah” matçında qonaq azarkeşlərlə polis arasında xoşagəlməz hadisə yaşanıb.

İdmanxeber.az-ın məlumatına görə, fanatlardan biri polisin ünvanına xoşagəlməz ifadə işlədib. Bu zaman polis və azarkeş arasında gərginlik yaşanıb. Polislər həmin fanatı stadiondan kənarlaşdırmaq istəsə də, “Zirə”nin baş meneceri Elman Himayətoğlu məsələyə müdaxilə edib və aranı sakitləşdirə bilib.

Qeyd edək ki, ilk hissə başa çatıb və “Zirə” öndədi – 1:0.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43