Misli Premyer Liqasının IV turu çərçivəsində keçiriləcək “Turan Tovuz” – “Səbail” oyunu öncəsi Tovuz rayonunun millət vəkili Arzu Nağıyevə komandanın forması hədiyyə edilib.
İdmanxeber.az-ın sözügedən rayona ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, klubun icracı direktoru Nadir Nəbiyev millək vəkilini “Şöhrət” ordeni alması münasibəti ilə təbrik edib və 60 illik yubileyi ilə əlaqədər ona forma hədiyyə verib.
Xatırladaq ki, Nağıyev eyni zamanda “Turan Tovuz”un idarə heyətinin üzvüdür. Matç saat 17:00-da başlayacaq.


