Misli Premyer Liqasının IV turu çərçivəsində keçiriləcək “Turan Tovuz” – “Səbail” matçı sükutla başladı.
İdmanxeber.az-ın məlumatına görə, buna səbəb milli komandamızın sabiq üzvü Şəhriyar Rəhimovun vəfat etməsidir.
Bununla yanaşı, “Səbail” klubunun azarkeşləri bir dönəm “dənizçilər”in formasını geyinmiş furbolçunun şəklini tribunadan asaraq, onu hörmətlə yad ediblər.


