Misli Premyer Liqasının IV turunda “Turan Tovuz” doğma meydanda “Səbail”i qəbul edir.
İdmanxeber.az-ın məlumatına görə, yerli azarkeşlər görüşə böyük maraq göstərib. Tərəfdarlar Tovuz şəhər stadionunun tirbunalarını doldurublar.
Xatırladaq ki, ikinci hissəsi davam edən matçda paytaxt klubu 1:0 hesabı ilə öndədir.


