2023/2024-cü illər mövsümündə I Liqada iştirak edəcək «Difai»FK sabah təqdimat mərasimi keçirəcək.
“SKY Hotel”in 3-cü mərtəbəsində təşkil olunacaq tədbir saat 16:00-da başlayacaq.
Klub rəhbərliyinin iştirak edəcəyi təqdimatda klubun yeni loqosu, bayrağı, geyim formaları nümayiş olunacaq.
Həmçinin «Difai»FK-nın bu mövsüm tərəfdaşı olacaq şirkətlərin adları açıqlanacaq. Bütün KİV nümayəndələri tədbirə dəvətlidir.

