17 İyul 2026
Dünya futbolu

“Qarabağ”ın rəqibi əsas “silah”ını satdı

İsveçin “Hakken” klubu aparıcı futbolçusu İbrahim Sadiqi satıb.

İdmanxeber.az-ın məlumatına görə, 25 yaşlı hücumçu Niderlandın AZ klubuna keçib. Oyunçu yeni komandası ilə 5 illik müqavilə bağlayıb.

Qeyd edək ki, “Hakken” Avropa Liqasının qrup mərhələsindəki ilk oyununu sentyabrın 21-də Almaniyanın “Bayer 04” klubuna qarşı keçirəcək.

İsveç təmsilçisi II tur çərçivəsində oktyabrın 5-də “Qarabağ”ı qəbul edəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43