2023-24 mövsümündən yeni yaradılan Azərbaycan II Liqasının ilk turuna yekun vurulub.
İdmanxeber.az-ın məlumatına görə, 14 komandanın çıxış etdiyi turnirdə yeddi görüş keçirilib. Bunlardan bir matçda heç-heçə qeydə alınıbsa, digər bütün oyunlarda qaliblər bəlli olub.
5 qarşılaşmanın bölgələrdə keçirildiyi görüşlərə azarkeş marağı da pis olmayıb. 7 matçı ümumilikdə stadionlardan 3480 azarkeş izləyib. Bu görüşlərdən ən çox tərəfdar “Şəki Siti” – “Dinamo” (1100), “Lerik” – “Qusar” (950) və “Ağdaş” – “Şahdağ Qusar” (550) oyunlarında qeydə alınıb.
II Liqanın ilk turunda keçirlən matçlarda qeydə alınan azarkeşlər sayıları belədir:
“Füzuli” – “Cəbrayıl” (3:4 – 130)
“Baku Sportinq” – “Şəfa” (4:2 – 50)
“Ağdaş” – “Şahdağ Qusar” (2:2 – 550)
“Şəki Siti” – “Dinamo” (2:1 – 1100)
“Lerik” – “Qusar” (3:1 – 950)
“Şəmkir” – “Kür-Araz” (2:3 – 500)
“Göygöl” – “Kürmük Qax” (4:2 – 200)

