“Birmingem” klubu baş məşqçi postu üçün İngiltərə yığmasının sabiq hücumçusu Ueyn Runini nəzərdən keçirir.
İdmanxeber.az-ın məlumatına görə, komanda cari mövsüm Çempionşipdə heç bir matçda uduzmayıb, lakin klubun yeni sahibləri Con Eustesi daha məşhur menecerlə əvəzləmək istəyir.
Klub 5 turdan sonra 11 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.
Runi ötən yaydan MLS-də “DC Yunayted”ə rəhbərlik edir. 37 yaşlı ingilis daha əvvəl “Derbi Kaunti”ni çalışdırıb.

